Qobustan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 34-cü km-də, Təzəkənd kəndi ərazisində qeydə alınıb.
Sükan arxasında yuxuya gedən “Mercedes” markalı maşının sürücüsü istiqamətini dəyişərək, yol kənarında dayanan yük maşınına çırpılıb.
Nəticədə sürücü yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.