Bakının Yasamal rayonunda uzun müddət istifadə edilən avtomobil yolu bağlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Akim Abbasov və Kamal Rəhimov küçələrinin kəsişməsində baş verib.
Uzun müddət avtomobillərin hərəkəti üçün nəzərdə tutulan yolun yaxınlığında çoxmərtəbəli yaşayış binası inşa ediləndən sonra onun çıxış hissəsi bağlanılaraq yerində pilləkənlər quraşdırılıb. Nəticədə ərazidən xəbərsiz olan sürücülər həmin pilləkənləri yol bilib hərəkət edir və qəzaya düşürlər.
Sakinlər bildirirlər ki, həmin pilləkənlərdə ona yaxın qəza olub. Son bir həftədə isə həmin pilləkəndən iki avtomobil aşıb. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, problemin aradan qaldırılması ilə bağlı heç bir iş görülmür.
Oxu.Az ərazidən hazırladığı reportajı təqdim edir: