Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Bu gündən COP29 zolaqları qüvvədən düşüb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd olunub ki, COP29 tədbiri müddətində zolaqlarda olan 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işləri icra edilib. Yol nişanları çıxarılan bütün COP29 zolaqları artıq qüvvədən düşmüş hesab olunur.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunmuş COP29 xüsusi hərəkət zolaqları nəqliyyat əməliyyatlarının səmərəli təşkilinə, tədbir iştirakçılarının maneəsiz, təhlükəsiz və zamanında tədbir məkanlarına çatmasına şərait yaradıb. Ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.
Əzizə İsmayılova
"COP29" teqi üzrə xəbərlər
- Efiopiyada "ASAN xidmət" mərkəzi açılıb
- Tahir Gözel Fransada BMT-nin Okean Konfransında iştirak edib
- Azərbaycan qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətə yön verir
- Yalçın Rəfiyev Bonn görüşləri barədə ən son məlumatları açıqladı
- Bonn görüşlərinin əhəmiyyəti: Planetin gələcəyi barədə kritik müzakirə