Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sürücülərin DİQQƏTİNƏ: Bakının bəzi yollarında tıxac var - SİYAHI
Bakı Nəqliyyat Agentliyi paytaxtda sıxlıq olan əraziləri açıqlayıb.
Agentlikdən Oxu.Az-a verilən məlumata görə, hazırda Bakı - Sumqayıt şosesi - Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq var.
Həmçinin Binəqədi şosesi - (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində),
Ziya Bünyadov prospekti - (Əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq - əsas yol, 20 Yanvar dairəsi istiqamətində), Tbilisi prospekti - əsas və köməkçi yol - (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində), Üzeyir Hacıbəyli küçəsi - (Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində) nisbətən, Yavər Əliyev küçəsi – (Aeroport şosesinə çıxan yol), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində) və Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – köməkçi yol istiqamətində) sıxlıq müşahidə edilir.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Valentina Matviyenko Şəhidlər xiyabanını ziyarət edib
- Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir
- Şimali Makedoniya prezidenti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb
- Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı
- Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb