Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sürücülərin NƏZƏRİNƏ - Bakının mərkəzi küçələrindən birində hərəkət istiqaməti DƏYİŞDİ
Bu gündən paytaxtın Üzeyir Hacıbəyov küçəsində yol hərəkətində dəyişiklik edilib.
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib.
O bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən həyata keçirilən monitorinq təhlillər nəticəsində Üzeyir Hacıbəyov küçəsində sıxlığın qarşısının alınması məqsədilə yol hərəkətinin təşkilində müvafiq dəyişikliklər edilib:
"Belə ki, bu gündən başlayaraq Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyov küçəsinin sağ kənar yoluna daxil olduqda, yolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər. Bununla da hərəkəti düz davam edib, sağa - Nizami küçəsinə yönələcəklər. Həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşa Ü.Hacıbəyov küçəsinin mərkəz yoluna daxil ola biləcəklər. Müvafiq nişanlar sözügedən ərazidə quraşdırılıb".
T.Nəsirli əlavə edib ki, yol hərəkətinin təşkilində edilən dəyişiklik Ü.Hacıbəyov küçəsində yarana biləcək sıxlıqların qarşısının alınması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir:
"Bütün bunları nəzərə alaraq sürücülərdən xahişimiz və tələbimiz odur ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər, ərazidə sıxlığın yaranmasına səbəb olmasınlar".
Daha çox foto burada: Photostock.Az
Məhərrəm Əliyev
Bu gündən paytaxtın Üzeyir Hacıbəyov küçəsində yol hərəkətində dəyişiklik ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb.
Belə ki, Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyov küçəsinin sağ kənar yoluna daxil olduqda yolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər. Bununla da hərəkəti düz davam edib sağa Nizami küçəsinə yönələcəklər. Həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşa Ü.Hacıbəyov küçəsinin mərkəz yoluna daxil ola biləcəklər.
Müvafiq nişanlar sözügedən ərazidə quraşdırılacaq. Yol hərəkətinin təşkilində edilən dəyişiklik Ü.Hacıbəyov küçəsində yarana biləcək sıxlıqların qarşısının alınması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Suraxanıda marşrut çatışmazlığı: "Hər gün taksidən istifadə etmək mümkünsüzdür"
- Həm sürücülərin, həm sərnişinlərin şikayət etdiyi beynəlxalq magistral - ARAŞDIRMA
- Azərbaycanda bir sıra regionlara avtobus reysləri TƏXİRƏ SALINDI
- Bakıda 184 nömrəli marşrut xəttində avtobuslar yenilənəcək
- Gəncədən Şuşaya müntəzəm avtobus reysi istifadəyə VERİLƏCƏK