Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şuşada Birinci Qarabağ müharibəsinin şəhidi Hidayət Qarayev dəfn edilib
Xankəndi şəhərində naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hidayət Nəsir oğlu Qarayevlə Şuşada vida mərasimi keçirilib.
"Report"un məlumatına görə, şəhidin nəşi Şuşa şəhər qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Şuşa Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, bu rayonların hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Hidayət Nəsir oğlu Qarayev 1927-ci il dekabrın 28-də Şuşada anadan olub. O, 1992-ci il mayın 8-də Şuşada itkin düşüb.
Şuşada Birinci Qarabağ müharibəsinin şəhidi Hidayət Qarayev dəfn edilib

"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Şəhid Tərlan Məmmədovun anası: "31 ildən sonra oğlumu tapıb gətirdilər"
- Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyev dəfn edilib
- Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyev dəfn edilib
- Birinci Qarabağ müharibəsinin üç şəhidi bu gün dəfn olunacaq
- Şəhid bacısı ilə şəhid qardaşı nişanlandılar
Ən çox oxunanlar