Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şuşaya gedən Zəfər yolu turizm marşrutuna çevrilir
"Füzuli rayonundan keçərək Şuşaya gedən Zəfər yolu turizm marşrutuna çevrilir".
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Regional turizm və mədəni irs şöbəsinin müdiri Elgün Cavadov Ağdam rayonunda "İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı" mövzusunda keçirilən elmi-praktiki konfransda bildirib..
Onun sözlərinə görə, bununla bağlı konseptual layihə icra olunur:
"Burada əsas məqsədimiz Zəfər yolu üzərində infrastruktur yaratmaqdır. Orada turistlərin dayanma, dincəlmə müddətlərini müəyyənləşdirmək, iaşə obyektlərinin yaradılması nəzərdə tutulub".
O qeyd edib ki, növbəti illərdə bu turizm marşrutu üzrə işlərin aparılması gözlənilir.
İlhamə Əbülfət
"Zəfər Yolu" teqi üzrə xəbərlər
- Hərbçilərimizi Şuşaya aparan cığır üzərində qurulan, qələbəmizin simvollarından biri olan ZƏFƏR YOLU
- AYNA rəsmisi: "Zəfər yolunda elektron tərəzinin quraşdırılmasına başlanılıb"
- Xankəndiyə necə getmək olar?
- Füzuli Beynəlxalq Hava Limanı: Qarabağın hava qapısı və inkişaf simvolu
- Bayram namazının vaxtı AÇIQLANDI
Rəylər