Bakı Metropoliten İdarəsinin rəisi Tağı Əhmədovun bildirdiyinə görə, Azərbaycanda metro tikintisinin böyük gələcəyi var.
“Hazırda bu rahat və ekoloji baxımdan təmiz nəqliyyat növünün Bakıətrafı qəsəbələrdə, həmçinin Sumqayıt, hətta Naxçıvan və Gəncə şəhərlərində də tikilməsi planlaşdırılır” – deyə, T.Əhmədov bildirib.
Qeyd edək ki, metropolitenin 20 illik inkişafı üzrə Dövlət Proqramına (2030-cu ilədək) əsasən, Bakı metrosunun stansiyalarının sayı 76-ya, xətlərin ümumi uzunluğu isə 109 km-ə çatdırılacaq. Bu isə metro stansiyalarının Avropa standartlarına uyğun olaraq, hər 900 metrdən bir yerləşməsi deməkdir.
www.abc.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin