Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Talassemiyadan əziyyət çəkən uşaqlara “HƏYAT VER” - AKSİYA
Oktyabrın 21-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Mərkəzi Qan Bankı, Azərbaycan Talassemiya Federasiyası dəstəyi ilə, “Winter Park Plaza” şirkəti ilə birlikdə talassemiyadan əziyyət çəkən uşaqlar üçün “HƏYAT VER” adlı qanvermə aksiyası keçiriləcək.
Mərkəzi Qan Bankının mətbuat xidmətindən verilən məlumata görə, COVID-19 pandemiyası ilə əlaqədar karantin müddəti ərzində bu dəhşətli xəstəlikdən əziyyət çəkən uşaqlar ciddi qan çatışmazlığı ilə üzləşiblər:
“Əfsuslar olsun ki, dünya ölkələri kimi bizim də ölkəmiz COVID-19 pandemiyası ilə üzləşib. Bu aksiyamıza qoşulmaq istəyən hər kəsdən xahiş edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış bütün qabaqlayıcı tədbirlərə riayət etməklə qaydalara əməl etsinlər. İnfeksiyanın qarşısını almaq məqsədilə aksiyanın təşkilatçılarına tərəfimizdən hər cür şərait yaradılacaq”.
Məkan: “Winter Park Plaza”, 6-cı mərtəbə, ofis 605.
Qan donorları üçün şəxsiyyət vəsiqəsinin olması məcburidir.
Aşağıdakı testlərin nəticələri kampaniya iştirakçıları ilə paylaşılacaq:
∙ Rh faktoru;
∙ Qan qrupu;
∙ HİV infeksiyası;
∙ Malyariya.
"COVID-19" teqi üzrə xəbərlər
- COVID-19-un daha bir qorxunc fəsadı üzə çıxdı
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
Rəylər