Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tanınmış naşirin itkin düşən oğlu tapıldı
Naşir Müşfiq Xanın oğlu Füzuli Fərziyev tapılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı naşir öz sosial hesabında paylaşım edib.
Yazıçı Müşfiq Xanın oğlu itkin düşüb.
Onun sözlərinə görə, oğlu sonuncu dəfə "8 Noyabr" stansiyasında görülüb.
"Dörd ay əvvəl evdə yanğın baş vermişdi. Bu hadisəyə görə özünü günahkar hesab edib. Yazdığı məktubda belə qeyd edib. Dostlarına dərslərin çoxluğundan da narazı olduğunu deyib", − o bildirib.
Ətraflı Baku TV-nin süjetində:

Tanınmış naşir Müşfiq Xanın oğlu Füzuli Fərziyev itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə naşir sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, oğlu bu gün 16:15-də metronun "Avtovağzal" stansiyasında olub:
"Sonra haraya getdiyi haqqında məlumatımız yoxdur. Görənlərdən xahiş edirəm, məlumat versin. Əlaqə nömrəsi: 050 2431453, 055 7166373".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, axtarış elan edilib. Yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
"İtkin düşmüş şəxslər" teqi üzrə xəbərlər
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Ötən gün 48 cinayətin üstü açılıb
- Lənkəranda itkin düşən balıqçının meyitini İranda tapan şəxs danışdı
- Bakıda itkin düşən üç azyaşlı rəfiqədən biri sığınacağa yerləşdirildi - İLGİNC DETAL
- Azərbaycanda itkin düşən 14 nəfər bir gündə tapıldı