Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tarixçi Qusarın ən qədim parkından danışdı: "Vaxtilə rusiyalı zabitlərin istirahət məkanı idi"
Qusarda yerləşən Nəriman Nərimanov adına Mərkəzi Mədəniyyət və İstirahət Parkı ölkədə ən qədim parklardan sayılır. 1853-cü ildə yaradılan istirahət məkanı əvvəllər "padşah bağı" adlanıb.
Tarixçi Sənan Xəlilov deyir ki, Rusiya imperatoru I Nikolayın dövründə salındığına görə o zamandan bəri el arasında parka "padşah bağı" deyilir.
"Bu park qusarlıların, həmçinin xaricdən gələn qonaqların sevimli istirahət mərkəzlərindəndir. Burada təxminən 2-3 minə yaxın rusiyalı əsgər və zabit yaşayıb və parkda istirahət edib", - deyə o qeyd edib.
Tarixçinin verdiyi məlumata görə, 1970-ci ildə - Nəriman Nərimanovun 100 illiyində parka onun adı verilib. Buna görə də park ərazisində Nəriman Nərimanovun heykəli var.
Bundan əlavə, parkda Sovet İttifaqı Qəhrəmanı Mirzə Dövlət oğlu Vəliyevin və bir sıra simvolik heykəllərə rast gəlinir. Parkın flora və faunasının çox zəngin olduğunu söyləyən tarixçi ərazidə 15-ə yaxın ağac növü - göyrüş, akasiya, cökə, yemişan, əzgil və s. olduğunu vurğulayıb.
Daha ətraflı Baku TV-nin süjetində:

"Azərbaycanın tarixi abidələri" teqi üzrə xəbərlər
- Ceyhun Aşurov: "Turistlərin Azərbaycana gəlməsi üçün DAHA ÇOX səbəblər yaratmalıyıq"
- Ermənistanla münasibətlərdə yeni mərhələ - Qərbi Zəngəzur məsələsində ədalət və dividend
- Azad olunmuş ərazilərdə yeni tarixi, memarlıq və arxeoloji obyektlər tapılıb
- Dövlət xidməti alban məbədlərindəki qanunsuz qazıntılara münasibət bildirildi
- XİN: Ermənistanın tarixi kütləvi şəkildə saxtalaşdıran təbliğatı sülhə xidmət etmir, təhlükəlidir