“COVID-19-la mübarizəni təkmilləşdirmək üçün ambulator yardım Səhiyyə Nazirliyinə həvalə olunub”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, bu səbəbdən təcili tibbi yardım xidməti də bu quruma verilib:
“Bu, bizim yükün azaldılmasıdır. Xəstələrə nəzarəti sahə həkimləri yerinə yetirəcək. Bəlli saatlarda həkimlər telefon vasitəsilə xəstələri nəzarətdə saxlayacaqlar”.
Könül Cəfərli