Təhsil naziri Emin Əmrullayev Gəncəyə səfər edib.
Oxu.Az-ın məlumatına görə, nazir səfər çərçivəsində Gəncə şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın və Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyində fəaliyyət göstərəcək “STEAM” Mərkəzinin açılışlarında iştirak edib.