Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Temperatur 5-8 dərəcə aşağı enəcək, qar yağacaq
Sabah respublikanın rayonlarında arabir yağış yağacağı, gecə bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi dağətəyi rayonlarda dolu düşəcəyi, Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağacağı ehtimalı var.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Mayın 11-də gündüz saatlarında əksər rayonlarda yağıntı tədricən kəsiləcək.
Lakin mayın 12-13-də bəzi rayonlarda yenidən arabir yağıntılı hava şəraiti gözlənilir.
Bakıda və Abşeron yarımadasında mayın 11-də bəzi yerlərdə yağış yağacağı, 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Şimal-qərb küləyinin sürəti 10-15, arabir 18-23 m/s olacaq, axşama doğru mülayimləşərək 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 14-16, gündüz 19-23 dərəcə isti olacaq.
Mayın 12-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Havanın temperaturu 26 dərəcəyədək yüksələcək.
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- Eyvanda paltarını təmizləyən 69 yaşlı kişi faciəli şəkildə öldü
- Bakıda "nəzirpaylayan" "seyid" həbs edildi - TƏFƏRRÜAT
- Xırdalanda gənc qız yaşadığı evdə özünü ÖLDÜRDÜ
- Özünə antibiotik vuran qadın ÖLDÜ - TƏFƏRRÜAT
- İmişli və Abşeronda təbiətə yarım milyon manatdan çox zərər vurulub - Cinayət işi başlandı