Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Teymur Musayev: "Beş iclasda plastik cərrahiyyə ilə məşğul olan 40 nəfərin sənədi təftiş olunub"
"Plastik cərrahlarla bağlı yaradılmış təftiş komissiyasının indiyəcən beş iclası keçirilib. Ümumilikdə 96 nəfər plastik cərrahiyyə ilə məşğul olan mütəxəssis sənədini təqdim edib".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
O bildirib ki, beş iclasda plastik cərrahiyyə ilə məşğul olan 40 nəfərin sənədi təftiş olunub:
"Onlarla tam şəffaf şəkildə araşdırma aparılır. Təftiş Komissiyasının fəaliyyətinin sonunda Azərbaycan Respublikası ərazisində plastik cərrahiyyə ilə məşğul olmaq səlahiyyəti olan plastik cərrahların yekun siyahısı dərc olunacaq", - deyə nazir bildirib.

Aləmdə Nəsib
"Teymur Musayev" teqi üzrə xəbərlər
- Azərbaycanlılar ÜST-nin Akademiyasında onlayn oxuya biləcəklər
- Azərbaycanda süni intellekt tibbin hansı sahəsində tətbiq olunur? - Nazir açıqladı
- Teymur Musayev: "Azərbaycanda bir neçə əczaçılıq istehsalat müəssisəsi quraşdırılır"
- Nazir: "Antibiotiklərin reseptsiz satışı qanun pozuntusudur"
- Səhiyyə Nazirliyi bütün tibb müəssisələrinə MƏKTUB göndərib