Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bahar Muradova: "Xocalı soyqırımında əli olan hər bir şəxs ədalət məhkəməsi qarşısında dayanacaq"
"Biri var, vətən uğrunda səngərdə ölən əsgərlər, biri də var, öz evində, öz yurdunda, öz yaşadığı regionda vandal, vəhşi hücuma məruz qalan və heç bir günahı olmadan, yalnız azərbaycanlı kimliyinə görə öldürülən soydaşlarımız".
Oxu.Az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar "Ana harayı" abidəsini ziyarətində çıxışı zamanı deyib.
O bildirib ki, Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir:
"Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu cinayəti törədənlər cavab verəcəklər. Elə həyatın ermənilər üçün ironiyası da ondan ibarətdir ki, Xocalı faciəsinin ildönümü ərəfəsində bu soyqırımına təhrik edən və reallaşdıran erməni faşizminin nümayəndələrinin bir qisminin Azərbaycanda məhkəmə prosesi keçirilir. Bu cinayətdə əli olan, onlara havadarlıq edən hər bir şəxs ədalət mühakiməsi qarşısında dayanacaq.
Azərbaycanın iradəsi, qətiyyəti, siyasi mövqeyi və bu məsələyə sırf beynəlxalq hüquq prizmasından yanaşması bizim kimi ədalətsizliyə məruz qalmış, dünyanın ən müxtəlif regionlarında yalnız milli, etnik ayrı-seçkiliyə görə zülm görən, həyatını itirən hər bir kəs üçün nümunə götürəcəyi ədalət mühakiməsi olacaq.
Biz bu günü tamamilə fərqli hisslərlə qeyd edirik, çünki Qarabağ Zəfəri ilə Xocalı qurbanlarının da qisası alınıb. Xocalıların qətl edildiyi yerlərə - Xocalıdakı evlərinə, yurdlarına onların qohumları, oğulları, övladları, ailələri qayıdırlar".
Məhərrəm Əliyev
"Xocalı soyqırımı" teqi üzrə xəbərlər
- İllər sonra öz xilaskarı ilə görüşən Xocalı sakini: "Bir gecədə cəhənnəmi yaşadıq"
- Xocalı sakini: "Yoldaşım və altı əmisi oğlu əsir düşdü, indiyə qədər xəbər yoxdur"
- Xocalı sakini göz yaşlarını saxlaya bilmədi: "Elə bir ev yoxdur ki, oraya erməni zərbəsi dəyməsin"
- Xocalıda sağ qalmaq: Donmuş meyitlər, aclıq, işgəncələr - Əsirlikdən qurtulan şahid danışır
- Türkiyənin DİN rəhbəri Xocalı soyqırımının qurbanlarını yad etdi