Azərbaycanın ABŞ-dakı səfirliyinin dərhal müdaxiləsindən sonra ölkənin The New York Times qəzetinin internet saytında hava proqnozu bölümündə Bakının Ermənistanın paytaxtı kimi göstərilməsi səhvi düzəldilib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat verib.
Qeyd edək ki, dünən ABŞ-ın The New York Times qəzetinin rəsmi internet səhifəsinin hava proqnozu bölümündə Azərbaycanın paytaxtı Bakı şəhəri Ermənistanın paytaxtı kimi göstərilmişdi.
www.oxu.az