Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Oxu.Az xəbər verir ki, SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, Azərbaycan Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2012-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, SOCAR-ın 2012-ci il büdcəsinin icrası məsələlərinə baxılıb.
Müşahidə Şurası Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2012-ci ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2012-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Ernst ənd Yanq” şirkətinin) hesabatına baxaraq onları məqbul hesab edib və Fondun 2012-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim etmək barədə qərar qəbul edib.
Baş nazir Artur Rasi-zadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.