Tovuz rayonunun Qovlar şəhərində yeni və müasir parkın təməli qoyulub.
Oxu.Az TTV-yə istinadən xəbər verir ki, parkın ərazisi 3,5 hektar olacaq.
Şam ağacları ilə əhatə edilmiş ərazi park salmaq üçün əlverişlidir. Bu ərazidə istənilən yaş kateqoriyasına aid olan sakinlərin istirahəti üçün şərait yaradılacaq.
Park yol ayrıcında yerləşəcək, bu səbədəndə sakinlər ondan, həm də piyada keçidi kimi də istifadə edə biləcəklər. Daha öncə sakinlər yolu keçmək üçün uzun yol qət etməli olurdular.
Şəhər mərkəzində parkın salınması üçün çoxlu sayda fəhlə cəlb edilib.
Xəbər verildiyi kimi, işlər 2015-ci ilin sonuna qədər başa çatdırılacaq.