Tovuz rayonunda ana ölümü qeydə alınıb.
Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, rayonun Yanıqlı kənd sakini, 29 yaşlı Oksana Əliyeva 10 gün əvvəl qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib.
Əməliyyatdan sonra komaya düşən qadını reanimasiya şöbəsinə yerləşdiriblər. Amma həkimlərin səyinə baxmayaraq ötən axşam qadın dünyasını dəyişib.
Körpə isə Gəncə şəhərindəki xəstəxanaların birinə aparılıb. Bu Oksana Əliyevanın 2-ci övladı olub.
Faktla bağlı araşdırma aparılır.
17:51
Tovuz rayonunda hamilə qadın dünyasını dəyişib.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Tovuz rayon Mərkəzi Xəstəxanasının Doğum evində baş verib. Rayon sakini Əliyeva Oksana Fazil qızı avqustun 1-də doğum evinə yerləşdirilib.
Avqustun 13-də qadının beyninə qan sızıb. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.
E.Ə.
www.oxu.az