Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tovuzda məktəb qəzalı vəziyyətdədir - AÇIQLAMA
Tovuzun Aşağı Öysüzlü kənd orta məktəbi qəzalı vəziyyətdədir.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Fotodan məktəbin acınacaqlı vəziyyətdə olması görünür.
Hər an uçmaq təhlükəsi olan bu məktəbdə tədris davam etdirilir.
Təhsil Nazirliyindən Oxu.Az-a bildirilib ki, Dövlət İnvestisiya proqramı çərçivəsində vəsait ayrıldığı təqdirdə qeyd edilən məktəbin tikintisinə baxılacaq.
İlhamə Əbülfət
"Tovuz" teqi üzrə xəbərlər
Ən çox oxunanlar