Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası olub.
APA xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Hərəkətdə olan “Nazlifan” markalı minik maşını yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Nüşabə Məmmədovanı vurub. Piyada hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.