Tovuzun Aşağı Quşçu kəndində keçirilən toy mərasimində maraqlı hadisə qeydə alınıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, toy günü qız evinə yola düşən avtomobil karvanına gözlənilmədən 5 ədəd bəzəkli "Belarus" traktoru qoşulub.
Toyu olan Həsən Səmədlinin dostları onu bu şəkildə təəccübləndirmək istəyiblər. Qəribə toy karvanı ətrafdakıların da diqqətini cəlb edib.
www.oxu.az