Qara dəniz sahillərində qəzaya uğramış Rusiya təyyarəsinin daha 5 sərnişininin meyiti aşkar edilib. Beləliklə, meyiti tapılanların ümumi sayı 12 nəfərə çatıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə öz mənbəsinə istinadən RİA Novosti məlumat yayıb.
“Daha 5 nəfərin meyiti aşkar edilib. Beləliklə, meyiti tapılanların ümumi sayı 12 nəfərə çatıb. Axtarış işləri davam etdirilir”, - deyə mənbə bildirib.
TASS-ın Rusiyanın nəqliyyat naziri Maksim Sokolova istinadən verdiyi xəbərə görə, "Tu-154" təyyarəsinin qəzasının araşdırılması üzrə hökumət komissiyasında hadisə zamanı sağ qalanlar barədə hələlik məlumat yoxdur.
13:45
Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən “Tu-154” tipli təyyarəsində 93 nəfərin olduğu müəyyənləşdirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, həmin şəxslərin adları Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
Sərnişinlər arasında “Həkim Liza” kimi məşhur olan Yelizaveta Qlinka, Rusiya Müdafiə Nazirliyinin Mədəniyyət idarəsinin rəisi Anton Qubankov, Aleksandrov adına ansamblın rəhbəri Valeriy Xəlilov da var.
Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi İqor Konaşenkov jurnalistlərə açıqlamasında təyyarənin yerli vaxtla saat 05.25 (Bakı vaxtı ilə saat 06.25) radələrində Soçinin Adler aerodromundan havaya qalxdığını, saat 05.27 (Bakı vaxtı ilə saat 05.27) radələrində radarlardan itdiyini bildirib.
09:15
Rusiyanın göyərtəsində 91 nəfərin olduğu hərbi təyyarəsi Krasnodarda qəzaya uğrayıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.
09:00
Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçidən uçuş edərkən radarlardan itib.
Oxu.Az APA-ya istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 70-dək insan olub.
İlkin məlumata görə, təyyarə Suriyanın Latakiya bölgəsinə uçurmuş.
Məlumata görə, təyyarə havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib.
A.M.