Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb.
Hərəkətdə olan VAZ markalı minik avtomobili ilə digər minik avtomobili toqquşub.
Qəza zamanı 1993-cü il təvəllüdlü Bayramov Ramal, 1996-cı il təvəllüdlü Qurbanova Fidan və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
