Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tovuzda zəhərlənən tələbələrin SON DURUMU açıqlandı
"Tovuz rayonunda baş verən zəhərlənmə nəticəsində beş nəfər ambulator müalicə almaq üçün evə buraxılıb, üç nəfərin isə müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir".
Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verilib.
"Dekabrın 24-ü, saat 15:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
Səkkiz nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Beş nəfər ambulator müalicə almaq üçün evə buraxılıb, üç nəfərin müalicəsi isə Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir".
Əzizə İsmayılova
Tovuzda tortdan zəhərlənən tələbələr xəstəxanadan evə buraxılıblar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin Kompüterlərin təmiri və xidməti üzrə texnik və Dərzi ixtisası qruplarının 8 tələbəsi zəhərlənmə diaqnozu ilə müalicə aldıqları xəstəxanadan evə buraxılıblar.
Xatırladaq ki, bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, yeyiblər. Bir müddət sonra onların səhhətində problem yaranıb. Gənclər zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıblar.
Rəylər