Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, fevralın 4-də gecə saat 01:00 radələrində Kürdəmir rayonu Atakişili kəndinin ərazisində Türkiyə vətəndaşı Kenan Kazmaçı idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma gedir.