Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Üç övladını eyni xəstəlikdən itirən ana yardım DİLƏYİR
27 yaşlı Aynurun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Radə Əliyeva məlumat verib.
O bildirib ki, qızına iki il öncə böyrək köçürülüb:
"Aynurun 27 yaşı var, o, 11 il dializ xəstəsi olub, iki il öncə ona atasının böyrəyi köçürülüb. Böyrək köçürüləndən sonra isə qızımda şəkər xəstəliyi də yaranıb. Hazırda Aynurun müalicələrini davam etdirmək üçün imkanımız yoxdur".
Radə Əliyeva Aynurdan başqa 3 uşağının da böyrək çatışmazlığından vəfat etdiyini deyib.
"Mənim beş uşağım var idi. Birini bir yaşında, birini 13, digərini isə ötən il 23 yaşında böyrək çatışmazlığı səbəbindən itirmişəm. 23 yaşlı qızıma mən öz böyrəyimi vermişdim. Əməliyyatı və müalicəsi üçün, inanın, hər şeyimizi satmışdıq. Hazırda Aynurun da vəziyyəti çox pisdir. Mən bir övladımı da bu xəstəliyə qurban vermək istəmirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 581-86-42.
Kapital Bank: 4169 7388 6218 8921.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Azyaşlı övladları olan ana ölümlə mübarizə aparır: Artıq uşaqlarını da tanımır
- 11 yaşlı Dənizin bir günü qalıb: Təcili müayinə üçün pula ehtiyacı var
- Üç yaşlı Abbasın dəstəyə ehtiyacı var
- Ağır xəstəlikdən əziyyət çəkən Ülvinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- 18 günlük körpənin anası imdad diləyir: "Uşağa yemək almaqda belə çətinlik çəkirik"
Rəylər