Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ucarda 2 nəfərin öldüyü və 22 nəfərin yaralandığı yol TƏHLÜKƏ SAÇIR
Fevralın 16-da 14 avtomobilin toqquşması və 2 nəfərin ölümü, 22 nəfərin yaralanması ilə nəticələnən zəncirvari qəzanın baş verdiyi Bakı-Qazax yolunun Ucarın Qulabənd kəndindən keçən hissəsində sürücülər çətin anlar yaşayırlar.
Oxu.Az Baku TV-yə istinadən məlumat verir ki, sözügedən yolda hazırda işıqlandırma yoxdur. Bu da öz növbəsində həmin ərazidə qəza şəraitini artırır.
"Dumanlı havada yolu görmək mümkün deyil. Uzaqvuran işıqlandırıcıdan isə qarşıdan gələn sürücünün gözünə düşür deyə istifadə etmək olmur. İşıqlandırmanın olmaması piyada ölümlərinə səbəb olur", - deyə sürücülər narazılıqlarını dilə gətiriblər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, hazırda sözügedən ərazidə işıqlandırma sisteminin quraşdırılması ilə bağlı hər hansı bir layihə mövcud deyil.
Ətraflı süjetdə:

"Ucar rayonu" teqi üzrə xəbərlər
- Polis Abşeron və Ucarda 30 kq narkotik aşkarlayıb
- Ucarda sakinlər internetdən ŞİKAYƏT EDİRLƏR: Kəndin bir hissəsinə çəkilib, bir hissəsinə yox
- Azərbaycanda şagirdin barmaqları kəsildi - Hadisə yerindən GÖRÜNTÜLƏR
- Altı maşının toqquşması zamanı xəsarət alan şəxsin son vəziyyəti AÇIQLANDI
- Toy evində kütləvi DAVA ilə bağlı araşdırmalar başlayıb