Ucar rayonunda dörd ay bundan əvvəl itkin düşən şəxsin meyiti tapılıb.
Oxu.Az-ın Report-a istinadla məlumatına görə, meyit rayonun Qəzyan kəndi ərazisində su kanalında aşkar olunub.
Belə ki, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində Qəzyan kənd sakini, 1935-ci il təvəllüdlü Xəlil Əliyevin su kanalında meyiti aşkarlanıb.
Məlumata görə, X.Əliyev falçılıqla məşğul olub.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
A.S.
www.oxu.az