Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Üfunət baş çatladır: Saray qəsəbəsinin həll olunmayan problemləri
Abşeron rayonunun Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yeni tikilidə yaşayan sakinlər problem içində boğulurlar.
Onlar bildiriblər ki, tullantı qutuları binaların qarşısında yerləşdirilib.
Sakinlər nə həyətə düşə bilirlər, nə də pəncərələrini aça.
Gündəlik olaraq tullantıların daşınmasına baxmayaraq, üfunət baş çatladır.
"Ən çox zibil qutularının xüsusi yerlərdə qoyulmamasından əziyyət çəkirik. Toplu şəkildə bağlı bir yerə qoyulmamasına görə zibili ya külək, ya da heyvanlar yerə dağıdır, antisanitariya yaranır. Axşam insanlar parka sərinləməyə çıxmaq istəyəndə üfunətdən gəzmək olmur", - deyə sakin narazılığını bildirib.
Sakinlərin problemi bununla da bitmir. Onlar iddia edirlər ki, qəsəbədə cəmi 1 marşrut işləyir ki, o da tələbatı ödəmir:
"Bakıya getmək üçün yalnız 503 nömrəli marşrut avtobusudur, o da bərbad vəziyyətdədir. Sərnişin tutumu çox azdır".
Problemlə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, marşrut xətlərinin optimallaşdırılması işləri çərçivəsində Saray qəsəbəsi sakinlərinə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığının təmin edilməsi istiqamətində islahatlar aparılır:
"Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə birləşdirən avtobus marşrutunun yaradılması nəzərdə tutulur. Bununla bağlı daşıyıcının müəyyən edilməsi üçün yenidən müsabiqə elan edilib".
Daha ətraflı Baku TV-nin süjetində:
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Yol kənarındakı ağaclar təhlükə yaradır: Qurumuş budaqlar niyə budanmır?
- Sənədsiz evlərin tükənməyən dərdi: Minlərlə insanın aqibəti necə olacaq?
- Daşkəsəndə tibb məntəqəsi yararsız vəziyyətdə: Damı uçub, palata yoxdur
- İsmayıllıda kanalizasiya xəttində QƏZA: Çirkab suları ətrafa yayılıb
- İsmayıllıda damı uçan vətəndaşa aidiyyəti qurumun cavabı: "Sığorta yoxdur deyə nəsə edə bilmirik"
Rəylər