Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Səfir Moskva - Bakı münasibətləri barədə: "Hər evdə, hər ailədə fikir ayrılıqları olur"
"Hər evdə, hər ailədə və hər münasibətdə bəzi fikir ayrılıqları mövcud olur - həyat həyatdır. Lakin ən əsası odur ki, bu gün elə əlaqələrimiz var ki, biz açıq şəkildə, dostcasına və çox mehribancasına ortaya çıxan problemləri müzakirə edə bilərik".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində "TASS" agentliyinə müsahibəsində deyib.
"Hazırda Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə heç bir dərin ziddiyyət yoxdur. Mən məmnunam ki, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yüksək qarşılıqlı müttəfiq fəaliyyəti səviyyəsindədir. Biz çox fəal işləyirik və bu gün ölkələrimiz arasında dərin ziddiyyətlər yoxdur, - deyə o bildirib.
Səfir vurğulayıb ki, Moskva və Bakı bütün problemli məsələləri açıq və dostcasına müzakirə edir:
"Hazırda iki ölkənin xarici işlər nazirlikləri arasında fəal siyasi məsləhətləşmələr aparılır. Rusiya tərəfinə baş nazirin müavini Aleksey Overçukun, Azərbaycan tərəfinə isə baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi hökumətlərarası komissiya çox səmərəli işləyir. Son görüş bu yaxınlarda Bakıda - avqustun 9-da baş tutub. Parlamentlərarası əlaqələrimiz də yüksək səviyyədədir. Baş nazirlər, bir sıra digər nazirlər bir-biri ilə birbaşa əlaqə qururlar".
"Rusiya - Azərbaycan münasibətləri" teqi üzrə xəbərlər
- Rusiya və Azərbaycan sərhədində yük həcmi beş dəfə artıb
- Azərbaycan və Rusiyanın baş nazirləri ölkələr arasında cari əməkdaşlıq məsələlərini müzakirə ediblər
- Aktyorun və həyat yoldaşının ölümünün araşdırılmasında Rusiya ilə Azərbaycan əməkdaşlıq edəcək
- Azərbaycan və Rusiya Xəzər dənizi ilə bağlı işçi qrupu yaradıb
- Rusiya Azərbaycan ilə BRİKS və ŞƏT arasında qarşılıqlı fəaliyyətin intensivləşməsini alqışlayır