Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ünvanlı sosial yardımla bağlı YENİLİKLƏR
"Sosial yardımın əhatə dairəsi genişləndiriləcək".
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov brifinqdə çıxışı zamanı deyib.
"Muzdla işləməyən şəxslər də sosial yardım proqramına müraciət edə biləcəklər. Bundan sonra ünvanlı sosial yardım üçün müraciət zamanı ailəni təmsil edən şəxslərdən ailə üzvlərinə dair bir sıra məlumatların qeyd edilməsi tələb olunmayacaq", - H.Məmişov qeyd edib.
Sədr, həmçinin, ailənin maddi-məişət şəraiti yoxlanarkən bir sıra məlumatların "Ərizə-bəyannamə"də düzgün qeyd olunmadığı müəyyən edildikdə həmin məlumatlara düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanının yaradıldığını da vurğulayıb.
Himalay Məmişov bildirib ki, hazırda 270 minə yaxın şəxs ünvanlı sosial yardım paketi ilə əhatə olunub.

Nəzrin Vahid
"Himalay Məmişov" teqi üzrə xəbərlər
- Sədr: "Hazırda pensiyaya çıxmaq üçün tələb olunan kapital 46 min manat ətrafındadır"
- DSMF sədri: "Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edəcək"
- Pensiyaların artımla veriləcəyi TARİX AÇIQLANDI
- Ünvanlı sosial yardımın məbləği ARTIRILACAQ?
- Ünvanlı sosial yardım almaq üçün artıq bəzi məlumatları daxil etmək tələb olunmur