Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Üzərinə darvaza aşan Ağsu sakini öldü
Ağsu rayonunda üzərinə darvaza aşan 52 yaşlı kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 17-də saat 13:30-də Ağsu rayonu, Badam bağı ərazisindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1971-ci il təvəllüdlü şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb" , - deyə məlumatda qeyd olunub.
Ağsu rayonunda küləkli hava şəraiti ölümə səbəb olub.
Oxu.Az xəbər verir ki, 1971-ci il təvəllüdlü rayon sakini Nazim Lazım oğlu Kərimovun üzərinə darvaza aşıb.
İlkin məlumata görə, o, hadisə yerində ölüb.
Darvazanın aşmasına küləkli hava şəraitinin səbəb olduğu ehtimal edilir.
"Ağsu rayonu" teqi üzrə xəbərlər
- "Telegram"da investisiya və yatırım adı ilə dələduzluq edən şəxs saxlanılıb
- Vətən müharibəsi qazisi Rusiyada vəfat etdi
- Dövlət əmlakı mənimsənilib? - Sabiq məktəb direktorunun həbsinin YENİ DETALLARI
- İki övladı tələbə olan ata intihar etdi: Qızı 679 bal toplayıb - TƏFƏRRÜAT
- Ağsuda 10 ədəd odlu silah polisə könüllü təhvil verilib