Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vahid Hacıyevdən Cəbrayıl, Qubadlı və Zəngilana köçürüləcək məcburi köçkünlərin sayı barədə AÇIQLAMA
Azərbaycanın “2022-26-cı illər Böyük Qayıdış” proqramı çərçivəsində Cəbrayıl-Qubadlı-Zəngilana 40 mindən çox məcburi köçkünün şəhərlərə və qəsəbələrə köçürülməsi nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilan şəhərində keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
V.Hacıyevin sözlərinə görə, azad edilmiş ərazilərdə hazırda infrastruktur layihələri həyata keçirilir.
O əlavə edib ki, innovativ tikinti materiallarından istifadə olunmaqla Zəngilan rayonunun Ağalı kəndində 200 fərdi ekoloji ev tikilib:
“Ağıllı kənd innovativ texnologiyalar əsasında tikilib. Əhalinin kənddə yaşaması üçün əlverişli şərait yaradılıb. Tikilib istifadəyə verilən 134 evə 600-dən çox vətəndaş köçürülüb”.
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 12.11.2024-ün ən mühüm hadisələri
- Cəbrayıl şəhərində ilk dəfə Zəfər Günü qeyd olunub
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub
- Emin Məmmədov: "Düşmənin Cəbrayılda hansı vandallıqları törətdiyinin canlı şahidiyəm"
- Cəbrayıl sakini: "Ən böyük arzumuz bu gün çin olur"
Rəylər