Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial tərəfdaşın dəstəyi ilə Vətən müharibəsinin şəhidi Asif Əlövsət oğlu Abışovun ailəsi üçün fərdi yaşayış evi təmir edilərək təqdim edilib.
Bərdə rayonunun Lək kəndində yaşayan ailənin mənzil şəraiti nəzərə alınaraq, sosial tərəfdaş vasitəsilə ailə üçün ev təmiri qərara alınmışdı. Təmir zamanı ailə üzvlərinin istək və təklifləri nəzərə alınmaqla, ev müasir tələblərə uyğun şəkildə tam təmir edilərək ailənin istifadəsinə verilib.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda savaşlarda şərəfli döyüş yolu keçən Asif Abışov Xocəvənd rayonu istiqamətində gedən döyüşlərdə 6 noyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə yüksəlib.