Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Vətəndaşların "BakıKart"dakı hesabları, oradakı vəsaitləri silinib?
"Azərbaycan vətəndaşlarının "BakıKart" mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib".
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Yaranmış texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik. Mobil Tətbiqin işi bərpa olunduqdan sonra vətəndaşlar hesablarındakı vəsaitdən istifadə edə biləcəklər", - deyə məlumatda qeyd edilib.
"BakıKart mobil tətbiqi" teqi üzrə xəbərlər
- "BakıKart"ın operatoru nizamnamə kapitalını 4 milyon manata yaxın azaldır
- "BakıKart" mobil tətbiqi YENİDƏN istifadəyə verildi
- Fərid Hüseynov: "Birbank" "Bir" ekosisteminin mərkəzindədir"
- Vətəndaşların "BakıKart" QR-biletlərindən pul vəsaitləri silinib? - AÇIQLAMA
- "BakıKart"ın internet səhifəsi bərpa edilib? - Rəsmi AÇIQLAMA
Ən çox oxunanlar