Xaçmazda azyaşlı uşaq faciəli şəkildə ölüb.
Oxu.Az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 25-də Xaçmaz rayonunun Krasno Xutor kəndində qeydə alınıb.
Kənd sakini, 8 yaşlı Elmir Hacıyev həyətdə yelləncəklə oynayarkən yelləncəyin ipinin boğazına dolaşması nəticəsində boğularaq ölüb.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.