Avstraliyadan olan Xalid Şarruf adlı biri bu şəkiləri cümə günü Tvitter-də yerləşdirib.
Fotoların üzərində isə bu yazılıb:
“Məndə çoxlu baş var. Avstraliyada kiməsə orqan lazımdırsa, zəhmət olmasa, çəkinməyin, deyin, sizə bədənin istənilən hissəsi ilə kömək etməyə şad olaram”.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, onun dostu Məhəmməd Elomari bu şəkillərdə saçlarından tutduğu kəsilmiş başlarla əks olunub.
Kişilər İŞİD-in tərkibində Suriyada döyüşmək üçün dekabrda Avstraliyanı tərk ediblər.