Oktyabrın 23-də saat 11-də 1985-ci il təvəllüdlü qadın Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda qeyd olunub ki, ona vaxtından əvvəl doğuş diaqnozu təyin edilib:
"Hazırda pasientin müalicəsi tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir".
Məhərrəm Əliyev
Xaçmazda körpə ölümü qeydə alınıb.
Oxu.Az xəbər verir ki, rayon sakini 1985-ci il təvəllüdlü qadın doğuş üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılan zaman ərazidən keçən dəmir yolu xətti təmirə bağlandığına üçün avtomobildə qalaraq vaxtında xəstəxanaya çata bilməyib.
Nəticədə VAZ-2110 avtomobilində doğuş baş verib. Yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.
Qadın isə Xaçmaz RMX-yə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku Tv-nin videomaterialında:
Əli Məmmədov