Xaçmaz rayonunun Armudpadar kəndində minə yaxın sakin susuzluqdan əziyyət çəkir.
Sakinlərin dediyinə görə, düz 20 ilə yaxındır kəndlərində artezian quyusu olsa da, ondan istifadə edə bilmirlər. Nəticədə içməli suyu çətinliklə əldə etmək məcburiyyətində qalırlar.
Bələdiyyə sədri məsələ barədə danışmaq istəməyib. Lakin məlum olub ki, artezian quyusunun yanındakı transformator və üzərində olan sayğac götürülüb. Daha sonra sakinlərin müraciəti ilə həmin ərazidə transformator bərpa olunsa da, sayğac yerinə qaytarılmayıb. Sayğac olmadığından quyunun istifadəsinə də icazə yoxdur.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: