Norveçli qrossmeyster Maqnus Karlsen dünya şahmat tacı uğrunda mübarizədə rusiyalı Yan Nepomnyaşini məğlub edərək dünya çempionu titulunu qoruyub.
Norveçlinin qara fiqurlarla oynadığı 11-ci qarşılaşma 49-cu gedişdə yekunlaşıb.
Bu nəticədən sonra yekun hesab 7,5 - 3,5 Karlsenin xeyrinə olub.
Qeyd edək ki, mübarizədə qalib gəlmək üçün 14 oyundan 7,5 xal toplamaq lazım idi.
Mənbə: Rsport