Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xaçmazın ən uzunömürlü sakini vəfat etdi
Xaçmazın ən uzunömürlü sakini vəfat edib.
Bizim.media-nın xəbərinə görə, Böyük Vətən müharibəsi veteranı, 101 yaşına yeni keçmiş Məhəmməd Məmmədov bu gün səhər saatlarında dünyasını dəyişib.
Bu barədə nəşrə mərhumun gəlini Arzu Məmmədova məlumat verib.
Onun sözlərinə görə, mərhum bir həftədir ki, özünü pis hiss edirmiş.
Qeyd edək ki, Məhəmməd Məmmədov Böyük Vətən müharibəsinin Xaçmazdan sağ qalan yeganə veteranı idi. O, Qroznıdan Berlinədək döyüş yolu keçmişdi.
Mərhum veteranın beş övladı, 23 nəvəsi, beş nəticəsi, iki kötücəsi var.
"Uzunömürlülük" teqi üzrə xəbərlər
- Azərbaycanda qadınlar kişilərdən daha uzun yaşayırlar - SƏBƏB
- Qaragilənin xüsusən yaşlı insanlar üçün əvəzedilməz faydaları açıqlandı
- Smartfonda cəmi bir funksiyanı söndürməklə ömrü 10 il uzatmaq olar
- Uzunmüddətli tənhalığın qadınlara MƏNFİ TƏSİRİ
- Üzümü qabıqlı yeyin - Qocalığı gecikdirən DOQQUZ MƏHSUL
Ən çox oxunanlar