"Dünən dövlətimizin başçısının doğum günü idi. Onu bu münasibətlə təbrik edirəm. Ordumuzun başında dayanmaqla, siyasi həmlələrlə bizi doğma torpaqlarımıza qaytarır, çox sevinirik. Prezidentimizə uzun ömür, cansağlığı arzulayıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Xocalı rayonunun Xanyurdu kəndinə köç edən Nəsibə Məhər qızı Əhmədova deyib.
O bildirib ki, 16 yaşından doğma yurdundan köçkün düşüb:
"İndi 51 yaşında öz gözəl yurduma beş nəvəmlə qayıdıram".
Məhərrəm Əliyev