Xarici diplomları tanınmayanların sayı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 15.09.2025-13.06.2026-cı il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 5 607 müraciət daxil olub:
"Bunlardan 4 030 müraciətin ekspertizası həyata keçirilib. 1 577 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 3 266 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 764 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib.
Xarici kvalifikasiyaların tanınması üzrə ekspertizası yekunlaşmış müraciətlərə münasibətdə ən çox müraciət olunan ölkələrin siyahısı:
Türkiyə Respublikası (1 400);
Rusiya Federasiyası (998);
Ukrayna (593);
Birləşmiş Krallıq (246);
Gürcüstan (148);
Xarici kvalifikasiyaların tanınması üzrə ekspertizası yekunlaşmış müraciətlərə münasibətdə ən çox müraciət olunan ali təhsil müəssisələrinin siyahısı:
İstanbul Universiteti (85);
Xarkov Milli Daxili İşlər Universiteti (72);
Kütahya Dumlupınar Universiteti (50);
Tbilisi Humanitar Tədris Universiteti (46);
Ukrayna Milli Mülki Müdafiə Universiteti (44);
Xarici kvalifikasiyaların tanınması üzrə ekspertizası yekunlaşmış müraciətlərə münasibətdə ən çox müraciət olunan ixtisasların siyahısı:
Hüquqşünaslıq (336);
İqtisadiyyat (250);
Maliyyə (247);
Biznesin idarə edilməsi (236);
Menecment (192)".