Xalq artisti Arif Babayev planlı tibbi müayinədən keçmək üçün Mərkəzi Klinik Xəstəxanaya müraciət edib.
Bu barədə klinikadan Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumatda qeyd edilib.
Bildirilib ki, Xalq artisti rutin tibbi yoxlamalardan keçirilib, müalicə planında müəyyən korreksiyalar edilib: "Müayinələr başa çatdıqdan sonra evə buraxılacaq".
Qeyd edək ki, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Arif İmran oğlu Babayevə Heydər Əliyev Mükafatı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sənətkarın oğlu Yaşar Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, atası hazırda xəstəxanadadır.
Aləmdə Nəsib