Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Prezidentin mükafatlandırdığı Xalq artistinin oğlu: "İlk sizdən eşitdik, nə gözəl xəbərdir"
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Arif İmran oğlu Babayevə Heydər Əliyev Mükafatı verilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Oxu.Az-ın əməkdaşı Xalq artistinin təəssüratlarını öyrənmək üçün əlaqə saxlayıb.
Lakin dəstəyi sənətkarın oğlu Yaşar Babayev açıb.
O, ilk dəfə xəbəri əməkdaşımızdan öyrəndiyini qeyd edib:
"Nə gözəl xəbərdir. Dövlətimizin başçısına təşəkkür edirəm ki, belə xüsusi diqqət ayırıb. Atam hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə alır, səhhəti yaxşılaşmağa doğru gedir".
Məhərrəm Əliyev
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar