Xətai rayonu, Sarayevo küçəsindəki çoxmərtəbəli yaşayış binasının sakinləri ərazidə dövlət tərəfindən salınmış park və uşaqlar üçün tikilmiş stadiondan istifadə edə bilmirlər.
Baku TV-nin məlumatına görə, stadionun qapılarının bağlı olması səbəbindən uşaqlar futbol oynamaq üçün məcbur qalıb parklanma zonasından istifadə edirlər.
Xətai rayonunda stadion problemi: Uşaqlar avtodayanacaqda oynamağa məcburdur - VİDEO
Əvvəllər müəyyən saatlarda uşaqların stadiona girişinə şərait yaradılsa da, hazırda bu icazə tamamilə ləğv olunub. Sakinlərin aidiyyəti qurumlara etdikləri müraciətlər isə hələ də cavabsız qalır.
Qaynar xətt:
(055) 224 12 12