Bakı şəhəri, Xətai rayonunda içməli suyun verilişində fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin ərazidən keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 16 iyul 22:00-dan 17 iyul axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq. 17 iyul axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.