Bakının Xətai rayonunda əl qumbarası aşkarlanıb.
Oxu.Az xəbər verir ki, rayon ərzisində mərminin olması barədə məlumat DİN və FHN-ə fevralın 9-da axşam saatlarında daxil olub.
Müvafiq məlumat Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə ötürüldükdən sonra, qeyd olunan qurumun əməkdaşları hadisə yerinə yollanıb.
Aparılan araşdırma nəticəsində ərazidə Almaniya istehsalı olan 1 ədəd “M-DM-1” əl qumbarası aşkarlanıb.
ANAMA əməkdaşları ərazidə başqa partlayıcı qurğu və ya mərmi aşkarlamayıblar.